İsveç Avropa İttifaqına daxil olması üçün Kiyevə milyonlarla dollar verəcək

18-07-2023, 09:38           
İsveç Avropa İttifaqına daxil olması üçün Kiyevə milyonlarla dollar verəcək
İsveç Avropa İttifaqına (Aİ) daxil olmaq üzrə islahatların aparılması üçün Kiyevə 590 milyon dollara yaxın vəsait ayıracaq.

Bu barədə beynəlxalq əməkdaşlıq naziri Yuhan Forsel mətbuat konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu strategiya ölkəni gücləndirmək yolu ilə Ukraynanı Aİ üzvlüyünə hazırlamaq məqsədi daşıyır.

Yuhan Forsel əlavə edib ki, Ukraynaya kömək etmək üçün həmçinin özəl kapitala da ehtiyac olacaq.
Xatırladaq ki, daha əvvəl İsveç qonşu dövlətlərlə birlikdə G7-yə üzv ölkələrin Ukraynaya dəstək haqqında yekun bəyannaməsinə qoşulub.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru