Çin Putini yoxlamaq üçün Moskvadakı agenturasını gücləndirir – DETALLAR

18-07-2023, 12:13           
Çin Putini yoxlamaq üçün Moskvadakı agenturasını gücləndirir – DETALLAR
Moskva ilə bütün rəsmi əlaqə kanallarını açıq saxlayan Çin Dövlət Təhlükəsizlik Nazirliyi (Quoanbu) Rusiya Federasiyasındakı mövcudluğunu gücləndirir.

Ölkə.Az xəbər verir ki, bu barədə Fransa xüsusi xidmət orqanlarının sözsüz ruporu olan “Intelligence Online” məlumat yayıb.

Nəşr qeyd edir ki, Çin ölkədəki vəziyyətin təhlilinə aydınlıq gətirmək üçün Rusiya Federasiyasına səfər edən xarici nümayəndə heyətləri ilə əlaqələri bərpa edir: “Putinin Si Cinpini müharibə zamanı ölkəni idarə etmək qabiliyyətinə inandırmaq cəhdlərinə baxmayaraq, Quoanbu Çin prezidentindən Rusiya ərazisində mövcudluğun artırılmasına icazə verməsini xahiş etdi. Nazirlik həmçinin Moskvaya səfərlərini davam etdirən digər Asiya ölkələrinə səfərlər və əlaqələr barədə Pekinin kəşfiyyat orqanlarının məlumatlandırılmasını istəyir. Məqsəd Rusiya-Ukrayna müharibəsi və bununla bağlı Rusiya dövlətinin başçısının niyyətləri haqqında aktual məlumat toplamaqdır”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru