İranda qum fırtınası: 250-dən çox insan xəsarət alıb

19-07-2023, 12:43           
İranda qum fırtınası: 250-dən çox insan xəsarət alıb
“İranın cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində qum fırtınası nəticəsində bir gündə ən azı 253 nəfər xəsarət alıb”.

Bu barədə əyalətin böhran idarəsinin baş direktoru Məcid Mohebi məlumat verib.

“Bu gün səhərdən etibarən əyalətin tibb mərkəzlərinə 253 nəfər müraciət edib. Onlardan ən azı səkkizi mütəxəssislərin nəzarəti altında qalmalı olub”, - deyə o bildirib.
M.Mohebi həmçinin xəbərdarlıq edib ki, meteoroloji şəraitlə əlaqədar olaraq açıq havada sərf olunan vaxtı minimuma endirmək və yolda diqqətli olmaq lazımdır.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru