Daha bir İranlı aktrisa hicab taxmadığına görə iki il həbs cəzasına məhkum edildi

20-07-2023, 12:56           
Daha bir İranlı aktrisa hicab taxmadığına görə iki il həbs cəzasına məhkum edildi
Əfsanə Bayeqan papaq taxdığına və hicab qanununu pozduğuna görə beş il möhlətlə iki il şərti həbs cəzasına məhkum edilib.

Məhkəmə Bayeqandan hər həftə psixi pozğunluğun müalicəsi üçün psixoloji mərkəzə getməyi və müalicədən sonra sağlamlıq haqqında arayış təqdim etməyi tələb edib.

Qeyd edək ki, bu yaxınlarda aktrisa məcburi hicab tələbinə görə öz sənətindən uzaqlaşdığını bəyan edib. O, bu barədə prokurorluğa çağırılandan bir neçə gün sonra açıqlama yayıb.
Mənbə: iz.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru