İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini DAYANDIRDI

20-07-2023, 16:09           
İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini DAYANDIRDI
İsveçin Bağdaddakı səfirliyi fəaliyyətini dayandırıb.

Modern.az TASS-a istinadən xəbər verir ki, buna səbəb səfirlik binasının yandırılmasıdır.

“İyunun 29-u və 30-u, eləcə də iyulun 20-də İsveçin Bağdaddakı diplomatik nümayəndəliyində keçirilən nümayişlərlə əlaqədar səfirlik növbəti xəbərdarlığa qədər ziyarətçilər üçün bağlanıb. Pasportların verilməsi və təcili sənədlərin icrası dayandırılıb”, - məlumatda deyilir.

Qeyd edək ki, Stokholmda Quran nüsxəsinin yandırılmasına etiraz edənlər Bağdaddakı İsveç səfirliyinə hücum ediblər. Bildirilib ki, etirazçılar binanı yandırıblar. Səfirlik əməkdaşlarından heç kim xəsarət almayıb.

Xatırladaq ki, iyunun 28-də Stokholmun mərkəzində Quran yandırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru