Taxıl qiymətləri kəskin bahalaşıb - Rusiyanın xəbərdarlığı təsir göstərdi

20-07-2023, 17:03           
Taxıl qiymətləri kəskin bahalaşıb - Rusiyanın xəbərdarlığı təsir göstərdi
Dünya bazarında taxılın qiymətində bahalaşma müşahidə olunur.

TEREF.AZ Trend-ə istinadla xəbər verir ki, Rusiya Ukrayna limanlarına yol alan gəmiləri potensial hərbi hədəf olaraq gözdən keçirəcəyini açıqladıqdan sonra dünya bazarında taxılın qiymətlərində kəskin bahalaşma müşahidə olunub.

Qeyd edək ki, Qara dəniz taxıl dəhlizi sazişi 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib.

Ötən gün sazişinin müzakirəsinə qayıtmaq üçün şərtlərini açıqlayan Rusiya BMT tərəfindən Rusiya ilə taxıl və gübrələrə dair memorandumun yerinə yetiriləcəyi təqdirdə mümkün ola biləcəyini açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru