Rusiya nümayəndələri İstanbuldakı “Taxıl sazişi” üzrə mərkəzi TƏRK ETDİ

20-07-2023, 16:24           
Rusiya nümayəndələri İstanbuldakı “Taxıl sazişi” üzrə mərkəzi TƏRK ETDİ
Rusiya təmsilçiləri Türkiyənin İstanbul şəhərində yerləşən “Taxıl sazişi” üzrə Birgə Əlaqələndirmə Mərkəzini tərk edib.

Redaktor.az xəbər verir ki, sənəd qüvvədən düşdüyü üçün Rusiya nümayəndə heyəti də mərkəzdəki fəaliyyətini başa vurub.

Xatırladaq ki, Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan “Taxıl sazişi” Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tuturdu.

Rusiya iyulun 17-də "Taxıl sazişi"nin müddətinin başa çatmasını əsas götürərək, sənədin vaxtını uzatmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru