“Playboy” üçün çəkilən Fransanın dövlət katibi işdən qovuldu - FOTO

21-07-2023, 12:58           
“Playboy” üçün çəkilən Fransanın dövlət katibi işdən qovuldu - FOTO
“Playboy” jurnalına müsahibə verən və nəşr üçün fotosessiya etdirən Fransanın sosial iqtisadiyyat və ictimai təşkilatlar üzrə dövlət katibi Marlen Şyappa hökuməti tərk edib.

Bildirilir ki, məmurun işdən azad edilməsi birbaşa “Playboy” qalmaqalı ilə bağlı olub. Fransanın baş naziri Elizabet Born jurnalın təklifini qəbul etdiyi üçün Şyappanı cəzalandırıb.

Hələ aprel ayında, dövlət katibinin fotoşəkilləri işıq üzü görən zaman Born Şyappaya zəng edərək onun müsahibəsinin “bugünkü sosial kontekstdə qətiyyən uyğun olmadığını” deyib. Məmur isə öz əməlini “hər yerdə qadınların hüquqlarını müdafiə etməsi” ilə izah edib.

Qeyd edək ki, qalmaqallı fotosessiyanın yer aldığı jurnalın sayı üç saat ərzində 100 min tirajla satılıb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru