ABŞ tarixində bir ilk: Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi qadın ola bilər

22-07-2023, 08:59           
ABŞ tarixində bir ilk: Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi qadın ola bilər
Amerika tarixində ilk dəfə olaraq ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisi vəzifəsinə qadının namizədliyi irəli sürülüb.

Admiral Liza Franketti bu vəzifəyə təyin edilə bilər.

Bu barədə ABŞ Prezidenti Co Baydenin Ağ Ev tərəfindən yayılan yazılı bəyanatında bildirilib.

Bəyanatda Liza Frankettinin namizədliyinin ABŞ Konqresinin Senatına təqdim edildiyi barədə məlumat verilib.
“O, tarixdə ikinci qadındır ki, ABŞ Hərbi Dəniz Qüvvələrində dördulduzlu admiral rütbəsinə çatıb. Namizədliyi təsdiq olunarsa, o, bir daha Hərbi Dəniz Qüvvələrinin Qərargah rəisi vəzifəsində və ABŞ Hərbi Dəniz Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitetinin heyətində xidmət edən ilk qadın kimi tarixə düşəcək”, - deyə bəyanatda qeyd edilib.

Franketti hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin Baş Qərargah rəisinin müavinidir.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru