İftar yeməyi qalmaqalla başa çatdı — Süfrəyə şərab qoyuldu
2-07-2016, 11:44
Almaniyanın Baden-Vürtemberq əyalət hökumətinin baş naziri Vinfred Kretsmanın türklər üçün verdiyi iftar yeməyində qalmaqal yaşanıb.
teref.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iftar yeməyi süfrəyə şərabın verilməsi ilə başlanıb ki, bu da diplomatların heç xoşuna gəlməyib.
Vinfred Kretsmanın uydurma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsini dəstəkləyən türk mənşəli alman deputatlarla bağlı Ərdoğanın söylədiyi fikirləri səsləndirməsi ilə türk diplomatların səbri daşıb və onlar iftar süfrəsini tərk ediblər.