Şəkidə iki nəfər güllələnərək öldürüldü: biri həkimdir
5-05-2024, 07:34
Hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib
Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.
Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib. Qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb.
Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib.
Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır.