İran İsraillə əlaqəsi olan gəminin ekipajının sərbəst buraxıldığını bildirir

5-05-2024, 10:24           
İran İsraillə əlaqəsi olan gəminin ekipajının sərbəst buraxıldığını bildirir
İran xarici işlər naziri Hüseyin Əmirabdullahian deyib ki, İran İsrillə əlaqəsi olan və Portuqaliya bayrağı altında üzən gəminin ekipajını sərbəst buraxıb, amma gəmini hələ də özündə saxlayıb.

İran İnqilabı Keşikçiləri Korpusu aprelin 13-də Hörmüz boğazında MSC Aries konteyner gəmisini ələ keçirib. Bu, Tehranın Dəməşqdə İran konsulluğuna İsrailin həyata keçirdiyi güman edilən hücumuna görə qisas alacağına söz verməsindən bir neçə gün sonraya təsadüf edib. İran mühüm nəqliyyat marşrutunu bağlaya biləcəyini bildirib.

“İranın ərazi sualrında ələ keçirilən radarını söndürərək, naviqasiya təhlükəsizliyini təhlükə altına qoyan gəmi məhkəmənin orderi ilə saxlanılır,” Xarici İşlər Nazirliyi cümə axşamı X-də Əmirabdullahiandan sitat gətirib.

O deyib ki, ekipajın sərbəst buraxılması humanitar aktdır və onla gəminin kapitanı ilə birlikdə ölkələrinə qayıda bilərlər.

İranın xarici işlər nazirliyi daha öncə bildirmişdi ki, Aries “dəniz qanunlarını pozduğuna” görə ələ keçirilib və onun İsraillə əlaqəsi olduğuna şübhə yoxdur.

MSC Aries-i qismən israilli biznesmen Eyal Oferin sahib olduğu Zodiac Maritime şirkəti ilə əlaqəsi olan Gortal Shipping-dən icarəyə götürür.

İsrailin Qəzzaya qarşı müharibəsi zamanı fələstinlilərlə həmrəy olduqlarını iddia edən Yəmənin İranla müttəfiq olan Husi üsyançılarının son zamanlarda Qırmızı dəniz və Ədən körfəzində ticarət gəmilərinə hücumları qlobal gəmiçiliyə təsir edib.
amerikaninsesi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.