Azərbaycan və Banqladeş əməkdaşlığın gücləndirilməsini vurğulayıblar

5-05-2024, 09:08           
Azərbaycan və Banqladeş əməkdaşlığın gücləndirilməsini vurğulayıblar
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiyaya işgüzar səfəri çərçivəsində Banqladeş Xalq Respublikasının xarici işlər naziri Məhəmməd Həsən Mahmud ilə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı tərəflər, yüksək səviyyəli qarşılıqlı səfərlərin, siyasi dialoqun və qurumlararası təmasların əməkdaşlığın inkişafına töhfə verdiyini, müasir şəraitdə mövcud təhlükələr və çağırışların aradan qaldırılması kontekstində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsinin önəmi vurğulanıb.

Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətinə diqqət çəkərək, tərəfdaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən iqtisadi, humanitar və sosial sahələrdə daha da möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bununla yanaşı, nəqliyyat, səhiyyə, təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Ceyhun Bayramov bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru