Meksika rəsmiləri Aşağı Kaliforniya ştatında 3 cəsəd aşkar edib
5-05-2024, 09:44
Meksika rəssiləri cümə günü bildirib ki, onlar Aşağı(Baja) Kaliforniya ərazisində üç cəsəd aşkar ediblər. Ötən həftə həmin ərazidə iki avstraliyalı və bir amerikalı kempinq və sörfinq səfəri zamanı itkin düşüb.
Ştat prokurorluğu cəsədlərin həmin üç xarici vətəndaşa aid olub-olmadığını bildirməyib, amma cəsədlərin itkin düşən xarici vətəndaşları axtararkən aşkar edildyini deyib. Prokurorluq həmçinin itkin düşən şəxslərlə əlaqədar dindirilən üç nəfərin saxlanıldığını və onlara qarşı ittiham irəli sürüldüyünü elan edib.
“Ensenada şəhərinin cənubunda üç cəsəd tapılıb və onlar onlar digər dövlət orqanları ilə koordinasiyalı bir şəkildə xüsusi əməliyyat nəticəsində çıxarılıb, çünki onlar çıxışın çətin olduğu zonada tapılıblar,” prokurorluq açıqlamasında bildirib.
“Bu, itkin düşən iki avstralyalı və bir amerikalının axtarışı çərçivəsində olub,” prokurorluq bildirib.
Cəsədlərin aşkar edildiyi Santo Tomas qəsəbəsi yaxınlığındakı ərazi itkin düşən kişilərin çadır və maşınlarının cümə axşamı tapıldığı dənizkənarı əraziyə çox yaxındır.
Ailə üzvlərinin Astraliyadan Ceyk və Kallum Robinson və Amerikadan Cek Karter Road olduğu bildirilən şəxslər ötən şənbə günü itkin düşüb. Onlar həftəsonu planlaşdırıldığı kimi qalacaqları yerə getməyiblər.
ABŞ Dövlət Departamenti “Biz [cəsədlər] barədə məlumatlardan xəbərdarıq və vəziyyəti yaxından izləyirik. Hazırda başqa şərh verə bilmərik” deyə bildirib.
Aşağı (Baja) Kaliforniya prokurorları cümə axşamı bildirib ki, onlar məsələ ilə bağlı üç nəfəri dindirir. Cümə günü prokurorluq onların həbs edildiyini və adam oğurluğuna bərabər olan cinayətdə ittiham olunduqlarını bildirib. Onların əlavə ittihamlarla üzləşib-üzləşməyəcəkləri bəlli deyil.
Ştatın baş prokuroru Maria Elena Andrade Ramirez deyib ki, tərk edilən çadırlarla yanaşı tapılan başqa dəlillər itkin düşən xarici vətəndaşlarla bağlı sorğu-sual edilən üç nəfərlə əlaqələndirilib.
“Bir qrup müstəntiq onların ən son görüldüyü, çadır və barələrində istintaq apardığımız bu üç nəfərlə əlaqəsi ola biləcək başqa dəlillərin aşkar edildiyi yerdə təhqiqat aparır,” Andrade Ramirez cümə axşamı bildirib. “Bizdə ictimaiyyətə açıqlaya bilməyəcəyimiz çox sayda məlumat var.”
O deyib ki, “ərazidə kartellər fəal olsa da, istintaq bütün ehtimllara açıdır. Biz onları tapanadək neç nəyi istisna edə bilmərik.”