OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət

5-05-2024, 00:02           
OĞUZDA 10 ha QOZ BAĞINI, SABİRABADDA DA 50 ha YULĞAN MEŞƏSİNİ MƏHV EDİB YERİNDƏ QARĞIDALI SƏPƏN "QOÇULARIMIZ"-Prezidentə müraciət
Və yaxud, DÖVLƏTDƏN TALANAN MİLYONLAR İNDİ DƏ MEŞƏLƏRİN MƏHV EDİLMƏSİNƏ "XƏRCLƏNİR"

Vaxtilə Ümummilli lider Heydər Əliyev deyirdi: “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.
Bəli, təbiətə, ətraf mühitə qənim kəsilənlər hər birimizin ermənidən betər düşmənidir...

Aprelin 29-dakı sayımızda “14500 manatpul verib 10 ha meşə ərazisindəki qoz bağını kim məhv etdi?” araşdırma məqaləsi işıq üzü görər-görməz haqqında yazdığımız “əsərin qəhrəmanı” hesab etdiyimiz Oğuz rayonun Mollalı kənd sakini Məmmədov Rauf Qabil oğlu İfadetv.com-un baş redaktoruna zəng edərək qışqırıb-bağırmağa başlamışdır ki, “…bu nə yazıdır, siz meşə idarəsinin dələduzlarına qoşulub dələduzluq edirsiniz. Mən sahibkaram. Heç kim bizim işimizə maneçilik edə bilməz və s. boş boş çərənləmələr.” Təbii ki, onun cavabı verildi. Və araşdırmalarımızı davam etdirib yalançını evinə qədər qovmağımıza söz verdik.

Bəli, söhbət aprelin 27-də gecə saatlarında Mollalı kəndin yaxınlığındakı açıq meşə ərazisinin 10 hektar sahəsində, martın əvvəlində dövlət tərəfindən əkilmiş qoz tinglərinin hamısını traktor və digər texnikaların köməyilə şum edilərək yerinə qarğıdalı səpilməsindən gedir. Və o da məlum olmuşdur ki, gecə yarisi baş vermiş bu hadisəni törədən elə həmin kəndin sakini, özünü sahibkar hesab edən Məmmədov Rauf Qabil oğlu olmuşdur. Hansı ki, bu adam 2020-ci ilədək evdə yeməyə adicə çörəyi olmadığına görə günortalar yuxudan durarmış. Budur, sanki bir küpə qızıl tapan adamlar kimi indi də sahibkarlıqla – özü də dövlət meşə fondu ərazisini pul verib, zəbt edib gecələr əkib-becərməklə məşğul olurmuş.
Biz mətbu orqan olaraq dövlət vəsaitləri hesabına sözügedən ərazidə salınmış qoz bağının kürünərək məhv edilməsi cinayətinə dərhal hüquqi qiymətin verilməsi üçün aidiyyatı yuxarı orqanlara müraciətlər etdik. Bundan sonra Rauf arxalandığı Hacı İbrahim Nehrəmlidən nə təlimat alıbsa, indi də düşüb Mollalı kəndinin canına, təcili olaraq xalqla görüşlər keçirərək təbliğat kampaniyasına başlayıb. Hələlik dəqiq məlumat yoxdur ki, bu adam deputat olmaq üçün, yoxsa sahibkarlığın müdafiəsi üçün xalqın gücündən istifadə etmək istəyir? Amma bu arada etiraf edib ki, əkilən sahə bütövlükdə 10 ha-dan bir az azdır və hamısı ona məxsus deyil. Qalan hissə Hacı İbrahim Nehrəmliyə məxsusdur. Guya bu adamın sahibkar kimi məhv etdiyi qoz bağının müəyyən hissəsi ona məxsus imiş. Adam hesab edir ki, belə də olmalı imiş. Axı sən evinin həyətindəki torpağı son 3 ilə qədər əkib-becərməyə maddi imkanların olmayıb, qaldı meşə ərazisində hektarlarla sahədə şumlama, kultivasiya və səpin işlərini icra etmək. Hələ bu harasıdırır? Son əldə etdiyimiz məlumata görə Rauf Məmmədov Sabirabad rayonun Cavad kəndi və Salmanlı kəndləri ərazilərində də 50 ha yulğan ağacları olan meşə ərazisini də bu ilin mart ayında tamamilə məhv edərək yerinə qarğıdalı bitkisi əkdirmişdir. Hansı ki, yulğan ağac kolu olub boyu 6 m-ə çatır Və adı qorunması üçün “Qırmızı kitab”a düşmüşdür. Çox təəssüflər olsun ki, bütün bu ekoloji cinayətlər ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi rəhbərliyinin gözləri qarşısında baş vermişdir. Bu fakt da bir daha sübut edir ki, Oğuz rayonun Mollalı kəndinin kasıb sakinlərindən biri kimi tanınan Qabilin oğlu Rauf Hacı İbrahimin vaxtilə Beynəlxalq Bankdan “Xəzər adaları” layihəsi adı altında götürdüyü 800 milyon manat kreditlərin hesabına bu gün yaxın və uzaq regionlardakı meşə fondu ərazilərində qarğıdalı biznesinə girişmişdir.

BƏS ƏSLİNDƏ KİMDİR DƏLƏDUZ?

İndi də Qabilin oğlunun bizim ünvanımıza dediyi dələduzluq edirik ifadəsinə aydınlıq gətirək.
Bunun üçün Mediatv.az saytında 7 fevral 2023-cü il tarixində dərc edilmiş “"Avesta Konserni” MMC məhkəməyə verilib” başlıqlı araşdırma yazısına diqqət edək:
https://mediatv.az/sosial/105908-avesta-konserni-mmc-mehkemeye-verilib.html

“…Hacı İbrahim Nehrəmli Beynəlxal Bankla bağlı kredit qalmaqalında da gündəmə gəlmişdi. Məlum olmuşdu ki, iş adamının banka 800 milyon manat kredit borcu var. Lakin sonradan Hacı İbrahim bəyan etdi ki, onun borcu 450 milyon manatdır. Yeri gəlmişkən, həmin vaxt iş adamı borcunu ödəmədiyi üçün Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə 2 dəfə aparılıb.

Hacı İbrahim Nehrəmli həm də "Xəzər adaları” layihəsinin müəllifidir. Beynəlxalq Bankla bağlı qalmaqaldan sonra bu layihə də dayandırıldı. 2019-cu ildə isə iş adamı bəyan edib ki, "Xəzər adaları” layihəsini Beynəlxalq Banka olan borcunu ödəmək məqsədi ilə dövlətə bağışlayıb. O, ərazinin deputat Kamran Nəbizadənin rəhbərlik etdiyi Azərbacan Sənaye Korporasiyasına verildiyini təsdiqləyib. Hacı İbarhim Nehrəmli əmlakın dəyərinin 720 milyon manat həcmində qiymətləndirildiyini və borcunu ödəyib tam bitirdiyini bildirib.”

800 milyon manat kreditin əvəzinə ASK-ya verilmiş “Xəzər adaları”nın dəyəri heç 2 mil. manat olmayan yarımçıq tikilisi

Bəli, yazıdan da görünür ki, Hacı İbrahim ABB-dən aldığı 800 milyon manatı guya “Xəzər adaları” adlı bir nağıl layihəsinə yatırıbmış və sonda borc əvəzi dövlətə məxsus Azərbaycan Sənaye Korporasiyası” ASC-yə təhvil veribmiş. Yəni, bu fikrin açması budur ki, ASC rəhbəri, spirtli içkiyə meyilli olan sabiq deputat Kamran Nəbizadə ilə yuxarıdan gələn göstərişdən sonra Hacı İbrahim gizli sövdələşməyə girmiş və dövlətə məxsus 800 milyon manat kredit borcunu 5 mərtəbədən ibarət olan və real dəyəri 2 milyon manatı aşmayan quru karlas skeletindən ibarət bir yarımçıq tikilini dövlətə sırımağı BACARMIŞDIR. İndi həm dəyərli oxucularımız, həm də peşəkar Hüquq-mühafizə orqanları əməkdaşları yaxşı yaxşı hesablasınlar ki, dövlətə 800 milyon qarşılığında borc əvəzi təhvil verilən bu dəyərsiz yarımçıq tikilini ASK ASC bu gün hərraca çıxarsa neçəyə sata bilər?. Və yaxud belə tikiliyə 1 milyondan artıq pul verən hansısa axmaq tapmaq olarmı? İndi dəyərli oxucularımız özləri nəticə çıxarsınlar KİMDİR DƏLƏDUZ? Dövlətin 10 ha və 50 ha meşəsini vəhşicəsinə şumlayıb qarğıdalı səpənlər, və yaxud dövlətə məxsus 800 milyon manat pulu dəyəri 2 milyon manat belə olmayan yarımçıq tikili ilə əvəzləyərək ört –basdır edə bilənlərmi, yoxsa biz? Əgər Hacı İbrahimə verilən 800 milyon kreditə birbaşa nəzarəti həyata keçirən və ayrılmasına "dobro" verən Mərkəzi Bank rəhbəri olmuş Elman Rüstəmov bu reallığa qiymətləndirmək və protest vermək əvəzinə gözlərini passiv tamaşaçı kimi döyə döyə baxanda hər şey ola bilər, cənablar.

Sabirabad rayonun məhv edilən yulğan meşəsinin bir hissəsi

Redaksiyadan- Sabirabad rayonunda məhv edilən 50 ha yulğun meşəsi barədə ETSN rəhbərliyinə qısa xatırlatma:
Mütəxəssislərin söylədiyinə görə, yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər. Quşlar, əsasən də qırqovul çoxalma dövründə bu bitkinin sıx yarpaqlarının arasında gizlənə bilir və vəhşi heyvanlardan mühafizə olunur.
Yulğun bitkisi suya, quraqlıq və şoranlıq yerlərə davamlı olduğu üçün təbiətdə yaşıllaşdırmada geniş istifadə olunur. Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Yulğun insanlar üçün mualicəvi dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağ ciyərin müalicəsində yulğun bitkisindən istifadə edilir. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında xeyirlidir.
Yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə görə cərimələrin tətbiq olunmasına baxmayaraq, bu sahədə boşluqlar vardır. Ana təbiətin bəxş etdiyi bu neməti qorumaq lazımdır ki, gələcək nəsillərə ötürə bilək.
Yulğun adi koldur deyildir ki, onu kəsəsən. Yulğun ağac kolu “Qırmızı kitab”a düşüb.
Təbiətə qənim kəsilənlər “100 il ibadət etməkdənsə, 5-10 ağac böyütmək daha savabdır” zərb-məsəlini unutmuşlar. Unudulmamalıdır ki, yaşıllıq, meşələr, ağaclar təbiətin ağ ciyəridir. Meşələr təmiz havası, oksigen zənginliyi ilə uşaqdan titmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır. İnsan sağlamlığı üçün ən zəruri amillərdəndir. Təbiətə qəsd, Vətənə qəsddir.
Yadda saxlayaq ki, sivilizasiyalı yerlərdə sərt qanunlar mövcuddur. Norveçdə bir ağac kəsəni üç ağac əkməyə məcbur edirlər. İcazəsiz bir balıq tutandan on balıq yetişdirmək üçün şərait yaratmağı tələb edirlər. Baltik dənizinə bir boş şüşə qab və ya konserv bankası tullayan turisti o saat öz ölkəsinə geri qaytarırlar.

P.S. Biz redaksiya olaraq hazırda ETSN rəhbərliyinin Oğuzun Mollalı kəndi yaxınlığında 10 ha qoz bağının vəhşicəsinə məhv edilməsinə rəsmi aydınlıq gətirməsini gözləyirik. Eləcə də, Sabirabad rayonunda adı "Qırmızı kitab"a dşən 50 ha yulğun meşəsinin də Oğuzda oluğu kimi vəhcicəsinə Rauf Qabil oğlu tərəfindən məhv edilməsi və yerinə qarğıdalı səpilməsi cinayətinə də aydınlıq gətirməsini istəyirik. Bir neçə gündən sonra Oğuzda və Sabirabadda baş verimiş cinayət yerlərindən xüsusi reportajlarımızı dəyərli oxucularımıza təqdim edəcəyik. Baxmayaraq ki, ETSN rəhbərliyi hazırda bizə məlum olmayan səbəblərdən baş vermiş ekoloji cinayətlərin yerində araşdırılmasına deyil, ört-basdır eilməsinə saxta sənəd-sünəd düzəltməklə çalışır. Bizi izləyin.

P.S. S. YAXŞI OLARDI Kİ, ABŞ HÖKUMƏTİ VƏ AVROPA BİRLİYİ SANKSİYALARINI ƏFSANƏVİ XTQ KOMANDİRİ HİKMƏT MİRZ/ƏYEVƏ YOX, XALQDAN OĞURLANAN MİLYONLARI PLANETİMİZİN "NƏFƏSİ" SAYILAN MEŞƏLƏRİMİZİN MƏHV EDİLMƏSİNƏ SƏRF EDƏN OLİQARXLARA və TALANÇILARA TƏTBİQ ETSİN. GƏRƏKDİRSƏ SANKSİYA ÜÇÜN BELƏ OĞRU VƏ TALANÇI MƏMURLARIN GENİŞ SİYAHISI YAXIN ZAMANLARDA SAYTIMIZDA TƏQDİM EDİLƏCƏKDİR

İfadetv.com-un araşdırma qrupu












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.