Braziliyada daşqın fəlakəti: Ölənlərin sayı 56-ya yüksəlib, 70 nəfər itkin düşüb

5-05-2024, 08:54           
Braziliyada daşqın fəlakəti:
Braziliyanın Rio Grande do Sul əyalətində güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 56-ya, itkin düşdüyü bildirilənlərin sayı isə 70-ə yüksəlib.
Bizimyol.info xəbər verir ki, Braziliya leysan yağışların yaratdığı sellə mübarizə apararkən, fəlakətdə insan itkiləri artır.

Rəsmi məlumatlara görə, Rio Qrande do Sul əyalətində daşqın nəticəsində həyatını itirənlərin sayı 56-ya yüksəldiyi bildirilib. Səlahiyyətlilər itkin düşdüyü hesab edilənlərin sayının 70-ə yüksəldiyini, buna görə də can itkisinin arta biləcəyini bildirib.

Daşqınlar səbəbindən 23 min insanın evlərindən təxliyə edildiyi ştatda küçələr su altında qalıb, yollar zədələnib, körpülər uçub.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva "fəlakət vəziyyəti" elan edilən əyalətdə seldən zərər çəkmiş əraziləri havadan müşahirə edib. Lula: "Qubernator və nazirlərimə dedim ki, federal hökumət hər cür səy göstərəcək. Biz bunun öhdəsindən tezliklə gələcəyik və zərərçəkmişlərə çox diqqətlə yanaşacağıq", - deyə bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.