Baydenin “ksenofobiyada” günahlandırması Yaponiya hökumətində “məyusluq”a səbəb olub

5-05-2024, 07:45           
Baydenin “ksenofobiyada” günahlandırması Yaponiya hökumətində “məyusluq”a səbəb olub
Baydenin həftə ərzində qatıldığı seçki kampaniyası tədbirinin kameraya qapalı hissəsində ölkəsinin mühüm müttəfiqi Yaponiya ilə bağlı söylədiyi fikirlər gündəm olub.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, rəsmi "Kyodo" agentliyinin hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, Yaponiya hökuməti ABŞ prezidentinin sözlərinin “məyusedici” olduğunu bildirib.

Tokio hökuməti Baydenin bəyanatlarını "Yaponiyanın siyasətinin düzgün başa düşülməməsi" kimi dəyərləndirib.

Bayden tədbirdə ölkəsinin iki mühüm müttəfiqi olan Yaponiya və Hindistan haqqında açıqlamalar verdi. Daha sonra Ağ Evin dərc etdiyi tam nitq mətni ilə ictimaiyyətə çatdırılan bu qiymətləndirmələr beynəlxalq mediada geniş işıqlandırılıb və mübahisələrə səbəb olub.

Mətnə görə, Bayden çıxışında: “Siz və sizin kimi insanlar iqtisadiyyatımızın böyüməsinin səbəblərindən birisiniz, çünki biz (ABŞ) immiqrantları qəbul edirik. Fikir verin, Çin niyə iqtisadi cəhətdən bu qədər dayanır? Yaponiya niyə problem yaşayır, niyə Rusiya, Hindistan bu problemlərlə üzləşmirlər? Onlarda ksenofobiya olduğu üçün mühacir istəmirlər", - deyib.

Məsələ ilə bağlı rəyi soruşulan Ağ Evin sözçüsü Karine Jean-Pierre, prezidentin sözlərinin aydın olduğunu və əlavə şərhə ehtiyac olmadığını bildirib. "Prezident bir millət olaraq kim olduğumuzu, bizm mühacir xalqı olduğumuzu bildirib və bu bizim DNT-mizdə var", - deyə bildirib. Eyni zamanda, mətbuat katibi Jean-Pierre ABŞ-Yaponiya münasibətlərinin mühüm, dərin və daimi müttəfiqlik olduğunu vurğulayıb.

Bayden aprelin 10-da Ağ Evdə dövlət mərasimi ilə qarşıladığı və ən yüksək səviyyədə ev sahibliyi etdiyi Yaponiyanın Baş naziri Kişida Fumio ilə görüşləri zamanı Hind-Sakit Okean regionunda birgə fəaliyyət və “Çinə qarşı birlik” mesajını verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.