Stalinin bakılı agenti haqqında yeni – Fakt/Məktub

21-05-2015, 10:04           
Stalinin bakılı agenti haqqında yeni – Fakt/Məktub
Yaponiyada nasist Almaniyasının Xarici İşlər naziri Yoaxim fon Ribbentropun SSRİ kəşfiyyatçısı Rixard Zorgeyə göndərdiyi məktub üzə çıxıb. Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb. Mətbuatın yazdığına görə, məktubu Yoşio Okudaira adlı 71 yaşlı menecer tapıb. 1938-ci ilə aid olan məktubda alman nazir Zorgenin doğum gününü təbrik edir və onun Tokioda Almaniya səfirliyindəki fəaliyyətinin möhtəşəm olduğunu bildirir. Qeyd edək ki, Rixard Zorge Bakıda anadan olub. O 1924-cü ildə SSRİ-dən köç edib və hərbi kəşfiyyatçı olub. O, 1933-cü ildə Yaponiyaya “Frankfurter Zeitung” qəzetinin müxbiri kimi göndərilib. Tezliklə Yaponiyadakı alman səfirin etimadını qazanan Zorge onun köməkçisi olub. Uzun müddət SSRİ kəşfiyyatına çalışan Zorge tezliklə deşifrə edilib. “Ramzan” ləqəbli kəşfiyyatçı 1944-cü ildə Yaponiyada güllələnib. Maraqlı məqamlardan biri isə Yaponiyanın Stalinə onu dəyişmək haqqında təklifindən sovet rəhbərinin imtina etməsidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.