Sinqapur boğazında ilin əvvəlindən 50 dəniz quldurluğu hadisəsi qeydə alınıb

18-05-2025, 12:28           
Sinqapur boğazında ilin əvvəlindən 50 dəniz quldurluğu hadisəsi qeydə alınıb
Sinqapur boğazında ilin əvvəlindən 50 dəniz quldurluğu hadisəsi qeydə alınıb
Sinqapur boğazında dəniz quldurları fəallaşıblar.
Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, may ayında beş gün ərzində quldurlar Sinqapur boğazından keçən altı gəmiyə hücum ediblər.

Asiyada dəniz quldurluğu və gəmilərə silahlı basqınla mübarizə üzrə regional əməkdaşlıq təşkilatının (“ReCAAP”) məlumatına əsasən, insidentlər mayın 2-dən 7-dək boğazın qərb hissəsində baş verib.

“MarineInsight”-in bildirdiyinə görə, bütün hücumlar səhər tezdən, saat 2:45-6:30 arasında qeydə alınıb.

Altı soyğunçuluq faktı 2025-ci ildə Sinqapur boğazında qeydə alınan hadisələrin ümumi sayını 50-yə çatdırır ki, bu da 2024-cü ilin eyni dövründə qeydə alınan hücumların sayından üç dəfə çoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru