Antarktidanın altındak əsrarəngiz sirli dünya: Qədim tropik meşələr və canlı həyat izləri

18-05-2025, 10:18           
Antarktidanın altındak əsrarəngiz sirli dünya:
Antarktida kənardan baxıldıqda sonsuz bir ağ səhraya bənzəyə bilər. Lakin bu sakitliyin altında, orta qalınlığı 2.2 kilometr olan buz təbəqəsinin dərinliklərində tamamilə başqa bir dünya gizlənir: qədim, fəal və bəzi hallarda qorxuducu dərəcədə canlı.

Pravda.ru xəbər verir ki, alimlər radar və peyk görüntülərinin köməyi ilə bu sirli aləmi araşdırmağa başlayıblar.

Almaniyadakı Alfred Vegener İnstitutunun sedimentoloqu İohann Klages bildirir ki, buzun altında dağ silsilələri, dərələr, çaylar, göllər və qədim ekosistemlərin qalıqları gizlənir. Onun rəhbərlik etdiyi ekspedisiya 90 milyon il əvvəl Antarktidanı örtmüş tropik meşələrdən qalmış ilk kəhrəba daşlaşmasını aşkar edib. Bu, buzun altındakı həyatın bir zamanlar necə zəngin olduğunu sübut edən nadir tapıntıdır.

Antarktida buzlağının altında yalnız bərk süxurlar deyil, həm də nəm çöküntü qatları mövcuddur. Mütəxəssislər bildirirlər ki, məhz bu palçıqlı sahələr daha kritik əhəmiyyət daşıyır. Bu ərazilərdə buz, sanki sürüşkən palçıq qatının üzərində "üzür". Nəticədə buz təbəqəsi sabitliyini daha tez itirir və okeana doğru hərəkət edir. Bu isə əriməni sürətləndirir və dəniz səviyyəsinin yüksəlməsinə səbəb olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru