Ronaldo bu klubun futbolçuları ilə heç vaxt forma dəyişməyəcəyini açıqladı

19-05-2025, 00:09           
Ronaldo bu klubun futbolçuları ilə heç vaxt forma dəyişməyəcəyini açıqladı
“Qızıl top”un beşqat sahibi və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo hansı klubun futbolçuları ilə heç vaxt forma dəyişməyəcəyini açıqlayıb.

Referans xəbər verir ki, “Give me Sport” Ronaldonun sözlərini sitat gətirib.

“Roma ilə matçı xatırlayıram, hesab 6:0 olanda məndən dayanmağımı istədilər. Rəqib mənə yalvardı ki, qol vurmağı dayandırım. Rəqib oyunçular məni hədələdilər. Mən heç vaxt bu klubun oyunçuları ilə forma dəyişmərəm” – Ronaldo deyib.

Yada salaq ki, 2007-ci ildə Çempionlar Liqasının 1/4 finalında “Mançester Yunayted” Romada ilk oyunda 1:2 hesabı ilə uduzduğu “Roma”nı evdə 7:1 hesabı ilə məğlub etmişdi.(Publika.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru