Dünyada saxta mal dövriyyəsi kəskin artdı

18-05-2025, 11:58           
Dünyada saxta mal dövriyyəsi kəskin artdı
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) saxta mal dövriyyəsi ilə bağlı hesabatını açıqlayıb.

“Mapping Global Trade in Fakes 2025: Global Trends and Enforcement Challenges” adlı sənəd 2021-ci ilin statistik məlumatları əsasında hazırlanıb. Göstərilir ki, 2021-ci ildə qlobal saxta məhsul dövriyyəsinin həcmi 462 milyard dollar olub. Gömrük və digər dövlət orqanlarının ələ keçirdiyi saxta məhsulların 62 faizi geyim məhsullarıdır.

Sənədə görə saxta məhsulların istehsalı insan sağlamlığını, ictimai təhlükəsizliyi və əqli mülkiyyət hüquqlarını təhdid etməklə yanaşı, iqtisadi inkişafa mane olur.

Saxta mallar arasında geyim məhsullarından sonra əsas yeri dəri-qalanteriya malları, elektronika avadanlıqları, dərmanlar və avtomobil detalları tutur.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru