Türkiyədə tısbağalara görə musiqi qadağası qoyuldu

18-05-2025, 11:18           
Türkiyədə tısbağalara görə musiqi qadağası qoyuldu
Türkiyənin Muğla vilayətinin Fethiye rayonunun dünyaca məşhur turizm məhəlləsi olan Göcekin buxtalarında dəniz tısbağalarının məskunlaşdığı əraziləri qorumaq məqsədilə yay mövsümündə müəyyən saatlarda musiqinin ucadan səsləndirilməsinə qadağa qoyulub.

Bu barədə DHA agentliyi məlumat yayıb.

Bildirilir ki, cari ilin 15 may-15 sentyabr tarixləri arasında yerli vaxtla axşam saat 20:00-dan (Bakı vaxtı ilə 21:00) səhər saat 08:00-a (Bakı vaxtı ilə 09:00) qədər qayıqlarda musiqi səsləndirilməyəcək.

Qadağanın məqsədi dəniz tısbağalarının populyasiyasını qorumaqdır. Qadağaya əməl etməyən qayıq sahiblərinə qarşı inzibati tədbirlər görülə bilər.

Qayıqlarda musiqinin ucadan səsləndirilməsi yalnız Türkiyə Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin xüsusi icazəsi ilə mümkün olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru