Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT

18-05-2025, 11:24           
Rusiyada sovet əsgərlərinin abidəsini təhqir edən azərbaycanlı saxlanıldı - TƏFƏRRÜAT
Rusiyanın Voronej şəhərində 45 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Teleqraf yerli mətbuata istinadən xəbər verir ki, bu, Ramil Şamil oğlu Əliyevdir.

Rusiyanın hüquq-mühafizə orqanları məlumatı təsdiqləyib.

R.Əliyev sovet əsgərlərinin qardaşlıq məzarının - memorialın üzərindəki gülləri yandırıb, oradakı əbədi məşəli isə söndürüb.

Həmyerlimizin barəsində cinayət işi açılıb.

Hadisə mayın 16-da baş verib. Hadisəyə şahid olan yerli sakinlər polis çağıranədək sözügedən şəxs ərazini tərk edib. On üç saat sonra kamera qeydləri əsasında onu tapmaq mümkün olub.

R.Əliyev əməlini etiraf edib və bunu həmin vaxt sərxoş olması ilə əlaqələndirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru