Niobium və litium savaşı, hədəf Əfqanıstandır?
Bu gün, 10:48

Bəlucistanın Pakistanın tərkibindən çıxaraq müstəqillik elan etməsi regional sabitliyi sarsıdıb, diqqətləri birbaşa Əfqanıstana yönəldib. Nadir torpaq elementləri, niyobyum və litiumla zəngin olan Əfqanıstan, Çin və ABŞ arasında yeni geosiyasi qarşıdurma nöqtəsinə çevrilmək riski daşıyır.
Bu sözləri türkiyəli yazar Mərd İnan bildirib.
Yazar bildirib ki, ölkədə illik 600 ton heroin istehsal olunur və bu qeyri-qanuni ticarətdən 15 milyard dollara yaxın gəlir əldə edilir. Bu isə beynəlxalq narkotik kartellərinin marağını artırır:
“ABŞ Geoloji Xidməti və Pentaqonun məlumatına görə, Əfqanıstanın yeraltı sərvətlərinin ümumi dəyəri 1 trilyon dolları ötür. Ölkə təkcə litium deyil, həm də mis, dəmir, qızıl, gümüş, alüminium və nadir torpaq elementləri ilə də zəngindir.
Xüsusilə niyobyumun ehtiyatları diqqət çəkir. Bu element yüksək texnologiya və müdafiə sənayesində əvəzolunmaz sayılır. Mütəxəssislər bildirir ki, Əfqanıstan nadir torpaq elementləri ilə Çinin bu sahədəki monopoliyasını sarsıda bilər”.
İnan qeyd edib ki, 2023-cü ildə Taliban Çin şirkətləri ilə 10 milyard dollarlıq mədən razılaşmaları imzalayıb:
“Bu, Pekinin Kuşaq və Yol Təşəbbüsü çərçivəsində bölgədə təsirini artırmaq cəhdlərinin bir hissəsi hesab olunur. ABŞ isə həm İran və Çin təsirini balanslaşdırmaq, həm də zəngin sərvətləri ələ keçirmək məqsədilə yenidən Əfqanıstana maraq göstərir.
Əfqanıstan dünya heroin istehsalının 80%-ni təmin edir. 225 min hektarda xaş-xaş becərilir, bu da dünya üzrə bütün xaş-xaş sahələrinin 70%-nə bərabərdir. Taliban narkoticarətdən əldə olunan gəlirlə öz hərbi və siyasi fəaliyyətlərini maliyyələşdirir”.
axar.az