Tramp İsrailə buna görə getmədi: Uolts təsiri...

18-05-2025, 12:18           
Tramp İsrailə buna görə getmədi: Uolts təsiri...
ABŞ Prezidenti Donald Tramp son dövrlərdə İsrailə qarşı sərt mövqeyi ilə diqqət çəkib. Orta Şərq turu zamanı İsrailə səfər etməyən Tramp Təl-Əvivin İranla müharibə üçün Konqresdəki Neoconları və keçmiş milli təhlükəsizlik müşaviri Mayk Uoltsu hərəkətə keçirməsinə qəzəblənib.

Bu sözləri türkiyəli ekspert Əmrə Öztürk deyib.

Öztürk bildirib ki, Tramp bu səbəbdən Uoltsu vəzifədən azad edib və Neoconlarla açıq qarşıdurmaya girib. ABŞ mediasına görə, prezident administrasiyasına “Çindən başqa düşmənimiz yoxdur və savaş istəmirəm” mesajı verib:

“Netanyahu Trampın sadiq müttəfiq olduğunu düşünərək, İrana qarşı ABŞ-ın dəstəyi ilə bir hərbi hücum planlaşdırırdı. Bu strateji plan Vaşinqtondakı Respublikaçılar və Neoconların dəstəyini qazanıb. İddiaya görə, Netanyahu bu məqsədlə Trampın o zamankı Milli Təhlükəsizlik müşaviri Mayk Uoltsa təsir etməyə çalışıb. Lakin Uolts İsrailin təzyiqlərinə rəğmən, İranla hərbi qarşıdurmanın risklərinə qarşı ehtiyatlı yanaşdığı üçün fikir ayrılığı, Trampla müşaviri arasında uçurumu artırdı”.
axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru