Kaliforniyada partlayış baş verib: Ölən var

18-05-2025, 11:14           
Kaliforniyada partlayış baş verib: Ölən var
ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində avtomobilin partlaması nəticəsində azı bir nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə NBC telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat verib.

Mənbənin məlumatına görə, partlayış səhər saatlarında "Desert Regional Hospital" xəstəxanasının yaxınlığında baş verib.

Partlayış gücü nəticəsində yaxınlıqdakı bir çox binanın pəncərələri uçub və digər strukturlara ziyan dəyib.

01:12

ABŞ-nin Kaliforniya ştatının Palm-Sprinqs şəhərində partlayış baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalının yerli bölməsi məlumat verib.

Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Hadisə yerində fövqəladə xidmətlərin əməkdaşları işləyir. Hər hansı itki barədə hələlik məlumat yoxdur.

NBC telekanalının yerli filialının məlumatına görə, tibb mərkəzinin yaxınlığında avtomobilin partladığı iddia edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru