Polşada prezident seçkisi keçirilir

18-05-2025, 12:52           
Polşada prezident seçkisi keçirilir
Polşada prezident seçkisi keçirilir.

Demokrat.az "wPolityce" nəşrinə istinadla xəbər verir ki, səsvermə yerli vaxtla saat 07:00-də (Bakı vaxtı ilə saat 09:00 - red.) başlayıb və saat 21:00-dək (Bakı vaxtı ilə saat - 23:00) davam edəcək.

Bildirilir ki, 29 milyon seçicinin səsvermə hüququ var. Ölkədə 32 mindən çox seçki məntəqəsi açılıb. Xaricdə 511 seçki dairəsi fəaliyyət göstərir.

Seçkidə 13 namizəd mübarizə aparır. Onlardan Varşava meri və "Vətəndaş platforması"nın namizədi Rafal Tşaskovski və müxalif "Hüquq və ədalət" partiyasının namizədi Karol Navrotskinin şanslarının daha çox olduğu vurğulanır.

Mövcud qanunvericiliyə əsasən, Polşanın hazırkı Prezidenti Andjey Duda bu vəzifəyə ardıcıl iki dəfə seçildiyinə görə, təkrar seçilə bilməz.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru