Türkiyədə toyda dəhşətli anlar – Disko topu gəlinin üstünə düşdü

18-05-2025, 11:34           
Türkiyədə toyda dəhşətli anlar – Disko topu gəlinin üstünə düşdü
Türkiyənin İzmit şəhərində keçirilən toy mərasimində faciə ilə nəticələnə biləcək hadisə baş verib. Belə ki, toy salonunun tavanından qopan disko topu birbaşa gəlinin üstünə düşüb.

"Hürriyet"in verdiyi məlumata görə, hadisə anı salonun müşahidə kameralarına da düşüb.

Hadisə nəticəsində gəlinlə yanaşı iki qonaq da xəsarət alıb.
Dərhal hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar Kocaeli Şəhər Xəstəxanasına və Kocaeli Dövlət Xəstəxanasına aparılıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru