Avropa Ermənistana hərbi yardımı araşdırır

30-11-2023, 11:35           
Avropa Ermənistana hərbi yardımı araşdırır
Noyabrın 27-29-da Aİ-nin Xarici Fəaliyyət Xidmətinin və Avropa Komissiyasının nümayəndələri Ermənistanda səfərdə olub.

Modern.az xəbər verir ki, onlar İrəvanda müxtəlif rəsmi şəxslərlə görüşlərdə ikitərəfli əlaqələri müzakirə ediblər.

Rəsmi açıqlamada bildirilir ki, Avropa İttifaqı və Ermənistan ədliyyə və polis islahatları istiqamətində əməkdaşlığı davam etdirəcək.

Görüşlər zamanı Ermənistan və Aİ-nin təhlükəsizlik və müdafiə sahələrində dialoqun və əməkdaşlığın davam etdirilməsində qarşılıqlı marağın olduğu qeyd olunub.

Təşkilat Avropa sülh fondu çərçivəsi vasitəsilə Ermənistan silahlı qüvvələrinə qeyri-öldürücü formatda dəstək vermək imkanlarını araşdıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.