Corc Soros Üçüncü Dünya müharibəsi vəd etdi - ABŞ Çinə “böyük güzəşt" etməlidir
22-05-2015, 16:41
Amerika milyarderi Corc Soros yeni dünya müharibəsinin başlamasını mümkün sayır.
Avropa.info xəbər verir ki, Corc Soros “Market Watch” jurnalına verdiyi müsahibədə bildirib ki, üçüncü dünya müharibəsinin əsasını Çin və ABŞ arasındakı münaqişə qoyacaq. Çin öz iqtisadiyyatını daxili tələbatın ödənməsi yox, ixrac üzərində qurub. İxrac üzərində hökmranlığı saxlamaq üçün Çin hakimiyyətinə münaqişə lazım olacaq.
“Əgər ABŞ-ın hərbi müttəfiqləri ilə Çin arasında, məsələ Yaponiya ilə münaqişə başlasa istisna deyil ki, biz üçüncü dünya müharibəsinin Astanasında dayanacağıq”.
Bunun qarşısını almaq ABŞ Çinə “böyük güzəşt” etməlidir. Çinə Beynəlxalq Valyuta Fondunun valyuta səbətində yer verməlidir. Bu halda Çin yuanı dollara ciddi rəqabət təşkil edəcək.
Çin isə öz növbəsində ölkə iqtisadiyyatının formalaşdırılmasında güzəştə getməlidir. Sorosun sözlərinə görə, Çin və ABŞ arasında razılaşma əldə etmək çətin olacaq. Ancaq alternativlər çox pisdir.
Əks halda təhlükə var ki, Çin Rusiya ilə siyasi və hərbi ittifaq yaratsın. O zaman yeni dünya müharibəsi real olacaq.