İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi

8-04-2025, 11:44           
İtkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirildi
Lənkəranda itkin düşən balıqçının cənazəsi İrandan Azərbaycana gətirilərək ailəsinə təhvil verilib.

TEREF APA-ya istinadən xəbər verir ki, Lənkəran rayon Siyavar kənd sakini Mahmud İbayevin meyiti yaşadığı kəndin qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Mahmud İbayevin meyitinin İranda balıqçılar tərəfindən aşkar olunması barədə məlumat yayılıb.

Xatırladaq ki, bu il yanvarın 13-də balıqçılar 1984-cü il təvəllüdlü Mahmud İbayev və 1968-ci il təvəllüdlü Nazim Abbasov itkin düşüb.

Fevralın 2-də Nazim Abbasovun meyiti tapılıb.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru