ABŞ-İran savaşında yeni ssenari – Bakı razı olmayacaq

8-04-2025, 12:10           
ABŞ-İran savaşında yeni ssenari – Bakı razı olmayacaq
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması ehtimalı regionumuzda bir sıra ssenariləri gündəmə gətirib. Xüsusən regionun aparıcı ölkələrindən Azərbaycanın proseslər zamanı sərgiləyəcəyi mövqe diqqətlə izlənilir.

Mümkün müharibə fonunda İran hansısa formada Azərbaycanla yaxınlaşmağa cəhd edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, 1979-cu ilin fevralında Xomeyninin başçılıq etdiyi İslam İnqilabı ilə İran tarixində yeni səhifə açıldı:

“ABŞ-ın inqilabla müttəfiqliyindən tamamilə ayrılan İran son 25 ildə dünya siyasətində antiamerikan düşərgəsinin daimi üzvlərindən birinə çevrilib. Amerikapərəst Rza Şah Pəhləvinin gedişi və inqilab lideri Xomeyninin 1979-cu il fevralın 1-də İrana qayıtması ilə Yaxın Şərqdə bütün tarazlıqları kökündən dəyişdirən proses başladı. Həmin proses bu günə qədər davam edir”.

Politoloq bildirib ki, ABŞ-ın İrana zərbə endirmək ehtimalı isə günü-gündən artır:

“Bu, iki ölkənin təhlükəsizliyi üçün deyil, bütövlükdə region üçün də risk daşıyır. Azərbaycanın İranla qonşuluqda yerləşməsi, üstəlik Tehranın İsrailin müttəfiqlərini də hədəf alacağı ilə bağlı ultimatumları bu riskin miqyasını daha da artırır.

Düşünürəm ki, rəsmi Bakı bu yöndə uğurlu diplomatiya yürüdür. Bu günə qədər İrana və digər dövlətlərə qarşı heç bir zaman poliqon olmağa razı olmayıb. O baxımdan İranın da xilas yolu olaraq ölkəmizdən istifadə etməsi real görünmür”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru