Aİ-nin ABŞ-yə qarşı ilk cavab tədbirləri paketi aprelin 15-də qüvvəyə minəcək

8-04-2025, 10:38           
Aİ-nin ABŞ-yə qarşı ilk cavab tədbirləri paketi aprelin 15-də qüvvəyə minəcək
Avropa İttifaqı (Aİ) ABŞ rüsumlarına cavab tədbirlərini aprelin 9-da təsdiqləyəcək və ilk tədbirlər paketi aprelin 15-də qüvvəyə minəcək.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının ticarət üzrə komissarı Maroş Şefçoviç Aİ-nin ticarət nazirlərinin Lüksemburqda keçirilən qeyri-rəsmi görüşünün yekunlarına dair bildirib.

"Əks tədbirlər aprelin 9-da təsdiqlənəcək, ilk paket aprelin 15-də, növbəti paketlər isə mayın 15-də qüvvəyə minəcək", - o bildirib və vurğulayıb ki, Avropa Komissiyası danışıqlar yolu ilə həllə yönəlsə də, əbədi gözləmək niyyətində deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru