Komandir heyəti üzvlərinə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi”ndə veriləcək

Bu gün, 17:38           
Komandir heyəti üzvlərinə təqdim olunan sertifikatlar (diplomlar) “Bakı KOB evi”ndə veriləcək
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) həyata keçirilən islahatların davamı olaraq dənizçilərə sertifikatların (diplomların) verilməsi prosesinin sadələşdirilməsi istiqamətində daha bir yeniliyə imza atılıb.

Belə ki, gəmilərin komandir heyəti üzvlərinə sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üzrə sənəd qəbulu və hazır sənədlərin verilməsi prosesi cari ilin 14 aprel tarixindən etibarən “Bakı KOB evi”ndə aparılacaq.

Komandir heyəti üzvlərindən sertifikatların (diplomların) ilk dəfə verilməsi, həmçinin yenilənməsi üçün aşağıdakı sənədlər tələb olunur.
– şəxsiyyəti təsdiq edən sənəd;
– təhsil diplomu;
– sertifikat (diplom) (əgər varsa);
– vəzifə üzrə tələb olunan xüsusi hazırlıq şəhadətnamələri;
– Agentlik tərəfindən tanınan tibb müəssisələri tərəfindən verilmiş “Dənizçinin tibb sertifikatı”;
– üzmə haqqında arayış və ya təcrübə jurnalı;
– dənizçinin qeyd kitabçası (əgər varsa);
– ümumvətəndaş pasportu və ya dövlət sərhədindən hərəkəti barədə sənəd (ehtiyac olarsa);
– 3x4 sm ölçüdə, ağ fonda, 4 ədəd rəngli fotoşəkil;
– dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

Qeyd edək ki, imtahanı müvəffəqiyyətlə keçmiş namizədlərə müvafiq sertifikatlar (diplomlar) imtahanın keçirildiyi tarixdən etibarən beş iş günü ərzində hazırlanaraq təqdim olunacaq.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi tərəfindən 2024-cü ilin 19 avqust tarixindən müddətsiz xüsusi hazırlıq şəhadətnamələrinin, 30 sentyabr tarixindən isə gəmilərin sıravi heyət üzvlərinə sertifikatların (diplomların) verilməsi və yenilənməsi üzrə sənəd qəbulu, cari ilin 3 mart tarixindən isə təlimlərdə iştirak etmədən xüsusi hazırlıq şəhadətnamələrinin yenilənməsi üçün sənəd qəbulu, həmçinin hazır sənədlərin təhvil verilməsi prosesi “Bakı KOB evi”ndə həyata keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.