Gürcüstan xaricdən qrantların alınmasını qadağan edəcək

8-04-2025, 12:14           
Gürcüstan xaricdən qrantların alınmasını qadağan edəcək
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası parlamentdə qrantlar haqqında qanuna dəyişiklik edilməsini təklif edib.

Demokrat.az xəbər verir ki, qanuna əsasən, Gürcüstan vətəndaşı və ya ölkədə fəaliyyət göstərən şirkət hökumətin razılığı olmadan bu cür vəsaiti ala bilməyəcək.

Bunu “Gürcü arzusu” fraksiyasının sədrinin birinci müavini İrakli Kirtsxaliya deyib.

Onun sözlərinə görə, belə düzəlişlər edilməlidir ki, xarici dövlətlər və ya təşkilatlar Gürcüstanda təxribat və ya zorakılıq aksiyalarını maliyyələşdirməsin.

Kirtsxaliya aydınlaşdırıb ki, yenilik xaricdə təhsil və ya elmi iş üçün ayrılan qrantlara, idman assosiasiyalarına şamil edilməyəcək.

Siyasətçi əlavə edib ki, qrantların verilməsinə ölkə hökuməti yanında Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru