Maku xanı Murtuzaqulu xan Teymur paşa oğlu Bayat
8-04-2025, 16:04

Maku xanı Murtuzaqulu xan Teymur paşa oğlu Bayat (1863–1923) xarici siyasətində Türkiyəyə ehtiyatla yanaşaraq, Rusiya ilə münasibət qurmağa can atırdı.
Sarayında rus çarının portretini saxlayır, rus dilini öyrənməyə çalışır, oğlunu Rusiyada oxudur, pullarını Tiflis və İrəvan Bankında saxlayırdı.
I Dünya Müharibəsi başlayarkən, 1914-cü il avqustunda ruslar onu həbs edib Kislovodska, sonra isə Tiflisə sürgün etdilər.

İran hökumətinin etirazına cavab olaraq ruslar bu addımı “ehtiyat tədbiri kimi” əsaslandırdı və qısa müddətdən sonra xanı azad etdilər.
Murtuzaqulu xan ermənilərin Naxçıvana basqını zamanı qardaşlarına yardım əli uzatmış, 15 mart 1918-ci ildə isə sülh bağlanmasa, günahkar tərəfi atəşə tutub məhv etməklə hədələmişdi.
Rza xan 1922 ildə İranın ən varlı adamlardan biri olan Murtuzaqulu xanı azərbaycanlı sərkərdə Abdulla xan Təhmasibi vasitəsi ilə həbs etdiri. Torpaqları Təhmasibinin əlinə keçsə də, saray ailəsində qaldı. Xanlıq ləğv edildi, özü isə 1 il sonra həbsdə zəhərlənərək öldürüldü.
Эльдар Тагиев
TEREF