Nizami rayonunda “Nirvana” “Şərifoğlu kabab” restoranları səkini zəbt ediblər-Fotolar

8-04-2025, 11:24           
Nizami rayonunda “Nirvana” “Şərifoğlu kabab” restoranları səkini zəbt ediblər-Fotolar
“Nirvana” və “Şərifoğlu kabab” restoranları səkinin əsas hissəsini zəbt ediblər.

Tribunainfo.az xəbər verir k, Nizami rayonu Qara Qarayev prospekti 54, yerləşən ” Nirvana” və “Şərifoğlu kabab” restoranları piyadalar üçün nəzərə tutulan səkinin böyük hissəsini zəbt edib.

Bu, həm piyadaların hərəkətində çətinlik yaradır, həm də ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur.

Yay aylarında müştəri sayı çox olduğundan hərəkət daha da çətinləşir. Bir sözlə, yola davam edən piyadalar restoranın içərisindən keçməli olur.

Sakinlər bildirir ki, binanın 1 mərtəbəsini restoran etməkləri azmış kimi, səkini zəbt edərək özləri üçün ərazi düzəldib fəaliyyə göstərirlər. Gecə saatlarınadək müştərilər həyətdə otururlar.

Bunula bağlı aidiyyatı qurumlara müraciət etsəkdə heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, 2022-ci ildən Nizami rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılovdur.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru