"Tesla"nın səhmləri ağlasığmaz səviyyədə aşağı düşüb

8-04-2025, 11:34           
"Tesla"nın səhmləri ağlasığmaz səviyyədə aşağı düşüb
Amerikanın elektrik avtomobil istehsalçısı "Tesla"nın səhmləri ilkin ticarətdə bir səhm üçün 214 dollara qədər ucuzlaşıb.

Bu barədə Bloomberg məlumat yayıb.

Üç həftə əvvəl ABŞ-ın ticarət naziri Hovard Lutnik iddia etmişdi ki, istehsalçının səhmlərinin 235 dollardan aşağı düşəcəyini təsəvvür etmək mümkün deyil.

Nəşr şirkətin səhmlərinin aşağı düşməsini şirkətin problemləri, eləcə də ABŞ prezidenti Donald Trampın elan etdiyi ticarət müharibəsi səbəbindən dünya birjalarının çöküşü ilə izah edib. İnvestorlar ümumi idxal rüsumlarına son dərəcə mənfi reaksiya veriblər və o vaxtdan bəri əsas fond bazarları hər gün bir neçə faiz ucuzlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru