“Qlobal-SF”dən şikayət: 19 ildir, vətəndaşların evi tikilmir - YENƏ DƏ YASAMAL...

8-04-2025, 15:27           
“Qlobal-SF”dən şikayət: 19 ildir, vətəndaşların evi tikilmir - YENƏ DƏ YASAMAL...
Yasamalda daha bir tikinti şirkəti sakinlərə problem yaratmaqdadır. "DİA-AZ" xatırladır ki, bir neçə gün əvvəl vətəndaşın evini başına uçurdan "Melissa Group"un rəhbəri və çalışanı həbs olunaraq məhbəsə atılsa da, hələ də bu aqibətdən dərs çıxarmayanlar var.

Yenə də tikinti şirkəti ilə bağlı problem... yenə də Yasamal... Başında Elşad Həsənov kimi naşı bir rəhbərin dayandığı Yasamalda artıq tikinti şirkətləri ilə vətəndaşların üz-üzə gəlməsi, konfliktə getmələri adi hala çevrilib ki, bu işdə də yerli rayon icra hakimiyyətinin iştirak payı yetərincədir...

"DİA-AZ" xəbər verir ki, bu dəfə 150-dən çox vətəndaş illər öncə Yasamal rayonu, Əsəd Əhmədov 26 ünvanında tikilən “Qlobal-SF” MMC-yə məxsus 5 kooperativ binadan aldığı mənzillərə qovuşa bilmədiklərini iddia edirlər. Sakinlər binanın təməlinin 19 il öncə qoyulduğunu bildirirlər.

Kompleksdən ev alan sakinlər deyirlər ki, hətta evlərin bir çoxu 2-ci, 3-cü şəxslərə satılıb və hələ də satılmaqdadır. Sakinlərin sözlərinə görə, məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər, lakin heç bir nəticə əldə olunmayıb.

Qeyd edək ki, sakinlərin iddiaları ilə bağlı şirkətin səlahiyyətli nümayəndələri suallara cavab verməkdən boyun qaçırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru