Neftçilər parkında kişi arvadını öldürdü

8-04-2025, 11:11           
Neftçilər parkında kişi arvadını öldürdü
Bakıda qətl hadisəsi olub.

TEREF lent.az-a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Ə.Mehbalıyev küçəsində yerləşən parkda baş verib.

45 yaşlı Natiq Zakir oğlu Məhərrəmov qısqanclıq zəminində arvadı 39 yaşlı Sevinc Tofiq qızını bıçaqla öldürüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə hadisəni törədən N.Məhərrəmov tutulub.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda araşdırma aparılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.