Braziliya Senatı prezidenti vəzifəsindən uzaqlaşdırdı
4-08-2016, 23:40
Braziliya Senatının impiçment məsələri komitəsi Yuxarı Palataya Dilma Rusefi həmişəlik prezident vəzifəsindən uzaqlaşdırmağı tövsiyyə edib. Buna səbəb büdcə qanunvericiliyinin pozulmasıdır.
Komitənin 21 üzvündən 14-ü təklifin lehinə, 5-i əleyhinə olub. Senat üzvləri Antoniu Anastasiyanın Rusefin əleyhinə və impiçmentin xeyrinə arqumentlərlə dolu hesabatı əsasında səs verib