Ər-Riyadla İsrail niyə tez barışdı?

6-08-2016, 21:19           
Ər-Riyadla İsrail niyə tez barışdı?
İsrail təxmin ediləndən daha tez Səudiyyə Ərəbistanına öz nümayəndə heyətini göndərə bilər.

Axar.az xəbər verir ki, bunu “Yerusəlim Post” qəzetinə açıqlamasında İsrailin Xarici İşlər nazirinin keçmiş müavini Maykl Melxior söyləyib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı ilə sülh gözləniləndən daha tez oldu.

Qeyd edək ki, bundan öncə Səudiyyə Ərəbistanı nümayəndə heyəti ehtiyatda olan general Ənvər Eşkinin rəhbərliyi altında İsrailə məxfi nümayəndə heyəti göndərib. Bu nümayəndə heyəti İsrail generalı Yoav Mordexai ilə görüşüb. Bəzi ekspertlər uzun müddət bir-biriylə münasibətləri olmayan bu ölkələrin barışmasını İrana qarşı ittifaq adlandırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru