Putinin hərb siyasətinin iki məşhur siması

6-08-2016, 21:30           
Putinin hərb siyasətinin iki məşhur siması
Rusiyanın Ukraynaya hücumunun əsas təşəbbüskarları Rusiya Prezident Administrasiyasının rəhbəri Sergey İvanov və “Rostex” korporasiyasının rəhbəri Sergey Çemezov olublar.

Axar.az xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında rusiyalı politoloq Mixail Tulski söyləyib. Onun sözlərinə görə, İvanov və Çemezov Putinin ətrafındakı klanlar içərisində ən militarist qruplaşmaya rəhbərlik edirlər:

“Çemezov Rusiya hərbi sənayesinin əsas monopolistidir. Çemezovun özü Putinlə bir yerdə xidmət edib. O, həm də İvanovun dostudur və böyük ehtimalla gəlirlərin bir hissəsini onunla bölür. Krıma və Sevastopola baxsanız, burada bir nömrəli şəxsin prezidentin rəsmi nümayəndəsi Oleq Belavençevin olduğunu görərsiniz. Bəziləri Belavençevin Müdafiə naziri Sergey Şoyqunun adamı olduğu deyirlər, amma bu, doğru deyil. Belavençevin özü 1980-ci illərdə Putin və Çemezovla birgə Almaniya Demokratik Respublikasındakı Dövlət Təhlükəsizlik Komitəsində çalışıb. 1999-2000-ci illərdə isə o, Çemezovun müavini olub”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.