Əfqan ata 6 yaşlı qızını bir keçinin müqabilində 55 yaşlı kişiyə ərə verdi — VİDEO

6-08-2016, 21:38           

Ölkə.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Əfqanıstanda yaşayan bir ata qızını bir keçi, bir kisə düyü, qənd, çay və günəbaxan yağı müqabilində 55 yaşlı kişiyə ərə verib.

Ölkə qanunlarına əsasən qızlar 16, oğlanlar 18 yaşında nikaha girə bilərlər. İnsidentdən xəbər tutan polis 6 yaşlı qızla evlənməyə cəhd göstərmiş Seyid Əbdülkərimi həbs edib.

Polisin hadisə yerində apardığı vodeoçəkilişlərdə körpə gəlinin qorxudan hönkür- hönkür ağladığı görünür.
Göründüyü kimi İslam qanunlarının icazə verdiyi bu izdivac ölkə qanunlarına zidd olduğu üçün polis xəbər tutan kimi işə qarışıb və izdivacın qarşısını alıb.Lakin polisin xəbər tutmadığı neçə neçə belə faciələr yaşandığını beynəlxalq təşkilatlar qeyd edirlər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru