Əsəd bizə inanmadı - İranlı ekspert

7-08-2016, 02:22           
Əsəd bizə inanmadı - İranlı ekspert
Suriya hadisələri 2011-ci ilin martında başladı.

Axar.az xəbər verir ki, bunu İran mətbuatına açıqlamasında politoloq Sadullah Zarei söyləyib. Onun sözlərinə görə, İran hadisələrin əvvəlindən Suriyadakı prosesləri anbaan izləyib:

“Hadisələrin başlanmasından bir neçə ay sonra, yəni may ayında aparılan analizlərdə Suriyada başlayan prosesin müxaliflərin hərəkatı olmadığını və bunun ölkədə vətəndaş müharibəsi yaradacağını anladıq. Bu analizlər Tehran tərəfindən hesabat halına salınıb Suriya Prezidenti Bəşər Əsədə çatdırıldı. Əsəd bu sənədi aldıqdan sonra onun inandırıcı olmadığını bildirdi. Daha sonra o, belə şeylərlə Suriyada çox qarşılaşdığını və ordu gücü ilə bunun öhdəsindən gələcəyini söylədi. Əsədin bu fikri İranın başlayan prosesi yalnız izləməsinə səbəb oldu. Qısa zaman ərzində bizim təxminlərimiz doğru çıxdı”.

Qeyd edək ki, Zarei həm də İran generalı Qasım Süleymaninin siyasi məsləhətçisi kimi də tanınır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru