İranda MKİ-yə yadım etməkdə ittiham olunan nüvəçi alim edam edilib

7-08-2016, 10:20           
İranda MKİ-yə yadım etməkdə ittiham olunan nüvəçi alim edam edilib
BŞ-da müəyyən müddət yaşamış nüvəçi alim Şəhram Əmiri Tehranda edam edilib. APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə alimin yaxınları məlumat yayıblar.

2009-cu ildə Məkkəyə Həcc ziyarətinə yollanan Şəhram Əmiri yoxa çıxıb və bir müddət sonra ABŞ-da peyda olub. Onun ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən zorla saxlanıldığı barədə bildirilirdi. ABŞ alimin oğurlanmasına dair ittihamları təkzib edib. 2010-cu ildə “ABC News” telekanalı Şəhram Əmirinin ABŞ-a qaçdığını və MKİ-yə İranın nüvə proqramı barədə məlumat toplamağa kömək etdiyini bildirib.

Bundan sonra Ağ Ev alimin ABŞ-a qaçdığını və Vaşinqtona mühüm məlumatların ötürdüyünü bildirib.

2010-cu ildə Tehrana qayıdan Şəhram Əmiri həbs olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru