Ermənistanda dövlət çevrilişi – prezident və nazirin arvadı saçyoldusuna çıxdı

23-05-2015, 00:35           
Ermənistanda dövlət çevrilişi – prezident və nazirin arvadı saçyoldusuna çıxdı
Ermənistanı bürüyən iqtisadi böhran, hərcmərclik, dövlətin talan olunması fonunda diaspora, eləcə də xalq qarşısında etibarını itirmiş Sarkisyan hakimiyyəti hər vəclə növbəti seçkilərə qədər postunu qorumağa çalışır.
Avropa.info xəbər verir ki, hakimiyyət dəhlizlərində nüfuz savaşı, ölkənin forpostu olduğu Rusiyaya sədaqət göstəriləri, kriminal aləmə yaxınlıq (Ermənistanda bu önəmli faktordu), maliyyə və silahlı güc üstünlüklərini nümayiş etdirən yüksək mövqe sahibləri seçkiləri gözləmədən hakimiyyət dəyişikliyində maraqlıdır.
Daxildə baş verən bu savaşın üzdə görünən tərəfi Ermənistanın birinci xanımı Rita Sarkisyanla bu ölkənin Müdafiə naziri Seyran Ohanyanın xanımı Ruzanna Xaçatryan arasındakı münasibətlərdə də öz əksini tapıb. Ermənistanın “1in.am” saytının yazdığına görə Ruzanna Xaçatryan son aylar rəsmi və ya qeyri-rəsmi bütün tədbirlərin arzuolunan qonağına çevrilib. Xarici təşkilatların toplantılarında, xeyriyyə tədbirlərində və başqa mötəbər dövlət yığıncaqlarında Ruzanna Xaçatryan özünü birinci xanım kimi aparır, şəkillər çəkdirir, müsahibələr verir.
Sayt yazır ki, ölkənin birinci xanımı Rita Sarkisyan müxtəlif dairələrdə müdafiə nazirinin xanımının davranışlarından narazılığın dilə gətirib: “Vaxtında mən də belə statusda idim, amma heç vaxt hadisələri qabaqlamağa çalışmadım və Bella Koçaryana (keçmiş prezident Robert Koçaryanın xanımı) “əlcək atmağa” cəhd etmədim, səbirlə öz növbəmi gözlədim”.
Sosial şəbəkələrdə yayılan xəbərə görə isə Ruzanna Xaçatryanın ona cavabı daha sərt olub. O, bildirib ki, “O günün gələcəyindən əminəm, lakin qorxuram ki, biz hakimiyyətə gələnə qədər onlar dövləti büs-bütün talan edərlər”.
Buradan belə nəticəyə gəlmək olur ki, Ermənistanın hakimiyyət dairələrində prezidentlik postu uğrunda açıq savaş gedir və bu savaşda qalibiyyətə ən yaxın namizəd Seyran Ohanyandır.
Qeyd edək ki, Seyran Ohanyan 2008-ci ildən Ermənistanın müdafiə naziri postunu tutur. O, 1962-ci ildə Şuşada anadan olub, 1983-cu ildə Bakıda ali hərbi məktəbi bitirib. İşğalçı Qarabağ müharibəsinin əsas simalarından biridir. Xocalı soyqırımında iştirak edib və xüsusi amansızlığı ilə fərqləndiyinə görə orden və medallarla təltif olunub. 1999-2007-ci illərdə qondarma “DQR”in “müdafiə naziri”, 2007-2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.