İngiltərədə qəribə hadisə baş verib. Anspress-in məlumatına görə, 14 yaşındakı məktəbli qız özündən yaşca böyük bir oğlanı döyüb.
Hadisənin görüntüləri sosial şəbəkədə yayıldıqdan sonra böyük səs-küyə səbəb olub. İngiltərədə günün mövzusu olan hadisənin görüntüləri sürətlə paylaşılıb və nəticədə polis hərəkətə keçib.
Araşdırmalar zamanı sözügedən qızın əvvəllər də bənzər əməllər törətdiyi məlum olub. Əsəbləri yerində olmayan qızın müalicə aldığı da ortaya çıxıb.
Məhkəməyə çıxarılan yeniyetmə qız barəsində hökm oxunub. Adı açıqlanmayan şagird 8 ay uşaq islah-əmək müəssisəsində qalacaq.