Bu ölkə ABŞ-a 5 gün vaxt verdi: Ordunu ölkədən çıxart

24-05-2015, 16:42           
Bu ölkə ABŞ-a 5 gün vaxt verdi: Ordunu ölkədən çıxart
Tailand Silahlı Qüvvələrinin Komandanlığı beş gün ərzində Pentaqondan Pxuketin adasından ABŞ Hərbi-Hava Qüvvələrini və Qardian dənizində təlimlərdə iştirak etmiş təyyarələri çıxarmağı tələb edib.

Vaşinqton Tailand hərbçilərindən əməliyyatların keçirilməsi üçün Pxuketin aeroportunu verməyi dəfələrlə xahiş edib. Tailand Hərbi-Hava Qüvvələri isə ABŞ-ın bu istəyini rədd edib və onlara 29 maya kimi ölkə ərazisini tərk etmək göstərişi verib. Tailandın belə bir addım atmasına səbəb kimi Vaşinqtonun insan alverinə qarşı Bankoka təzyiqi artırması göstərilir. Tailand Müdafiə Nazirliyi isə ehtiyat edir ki, ABŞ Bankokun daxili işlərinə qarışacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.